SON XƏBƏRLƏR

İran müharibə cinayətkarıdır- Netaniyahu

2025.09.10, 16:03
İran müharibə cinayətkarıdır- Netaniyahu

İranın bütün liderləri və müxtəlif cihadçı qrupların başçıları müharibə cinayətlərində ittiham olunurlar, amcaq İsrail dinc insanlara zərər verməmək üçün çox iş görən yeganə demokratiyadır.

Gunaz.tv

Bunu İsrailin baş naziri Benyamin Netaniyahu amerikalı media nümayəndəsi Brandon Tatem ilə müsahibəsində deyib.

"Biz məhvimizi istəyən qatil İran rejiminə və onun bütün proksi qüvvələrinə qarşı yeddi cəbhədə müharibə aparırıq, ancaq səkkizinci cəbhə informasiya müharibəsidir",- baş nazir əlavə edib.

Netaniyahu, İran və ona bağlı qüvvələrin yenidən hərbi gücünü bərpa edəcəyi təqdirdə daha təhlükəli olacağı barədə xəbərdarlıq edib:

“Əgər İran oxu özünü yenidən bərpa edib, ABŞ və Qərbin hər bir şəhərinə çatmaq üçün ölümcül kütləvi qırğın silahları istehsal edərsə gələcək qaranlıq olacaq... Ancaq biz hamınız üçün mübarizə aparacağıq və qalib gələcəyik”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar