SON XƏBƏRLƏR

G7 Qrupu İranın transsərhəd repressiyalarını pislədi

2025.09.13, 10:19
G7 Qrupu İranın transsərhəd repressiyalarını pislədi

G7-yə üzv ölkələr bəzi müttəfiqləri ilə birlikdə İranın ölkə hüdudlarından kənarda siyasi rəqiblərini sıxışdırmaq və qorxutmaq hərəkətlərini pisləyib və buna qarşı çıxacaqlarını vurğulayıblar.

Gunaz.tv

Bu barədə qruun yaydığı bəyanatda deyilib.

G7 Çevik Cavab Mexanizminin üzvləri tərəfdaş ölkələrlə birlikdə sentyabrın 11-i cümə birgə bəyanat yayaraq, İslam Respublikasının kəşfiyyat orqanlarının son illərdə dünyanın müxtəlif yerlərində siyasi müxalifləri oğurlamağa, onları təqib etməyə və hətta onlara sui-qəsd etməyə cəhd etdiklərini narahat edici və qəbuledilməz tendensiya adlandırıblar.

Bəyanatı sənayeləşmiş Yeddilik Qrupunun üzvləri (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ), Avropa Birliyi, həmçinin Avstraliya, Yeni Zelandiya və Hollandiya imzalayıb.

Bəyanatda İranın digər fəaliyyətləri, o cümlədən jurnalistlərin şəxsi məlumatlarını əldə etmək və açıqlamaq cəhdləri, cəmiyyətdə parçalanma yaratmaq və yəhudi icmalarını təhdid etmək cəhdləri göstərilib.

Bəyanata görə, G7-nin Sürətli Cavab Mexanizmi yarandığı gündən bəri xarici müdaxilələrə qarşı mübarizə aparır.

Mexanizmin üzvləri və onların müttəfiqləri vurğuladılar ki, o, beynəlxalq tərəfdaşların yanında olmağa davam edir və milli suverenliyi, vətəndaşların təhlükəsizliyini və ayrı-ayrı şəxslərin xarici dövlətlərin təzyiq və hədə-qorxularından müdafiəsini qorumağa sadiqdir.

Bundan əvvəl iyulun 31-də 29-d ABŞ Dövlət Departamenti bəyan edib ki, ABŞ və onun 13 müttəfiqi İslam Respublikasının kəşfiyyat xidmətlərinin artan təhdidlərini pisləyib və bu təhdidləri milli suverenliyin açıq şəkildə pozulması adlandırıb.

Həmin birgə bəyanat ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveç hökumətləri tərəfindən verilib.

Qeyd edək ki, bundan əvvəl xaricə sığınmış bəzi iranlı diplomatlar və məlumatlı mnbələr bildiriblər ki, 
Tehran rejimi xaricdəki diplomatik nümayəndəliklərindən dissidentləri gizli şəkildə izləmək və dövlət tərəfindən maliyyələşdirilən mədəni təşəbbüs"lər vasitəsilə kəşfiyyat əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar