SON XƏBƏRLƏR

Azərşəhr Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Əlihan” adına qarşıdır

2025.09.17, 13:17
Azərşəhr Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Əlihan” adına qarşıdır

Tufarqan (Azərşəhr) Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Əlihan” adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Gunaz.tv

Bu barədə uşağın atası Əkbər Xodami Balamın Adı kampaniyasına danışıb.

"Oğlumuz 2025-ci il iyulun 15-də anadan olub və biz ona Əlihan adını seçmişik. Ancaq Azərşəhr Vətəndaşlıq Dairəsi bu adın qadağan olduğunu bildirib və bu adı qeydiyyata almaq üçün məhkəmə qərarı almalı olduğumuzu bildirib. Biz də məcbur qalıb məsələ ilə bağlı məhkəməyə müraciət etdik. Qanuna görə, Sülh Məhkəməsi bu məsələnin həllinə cavabdeh olsa da, Azərşəhr Sülh Məhkəməsi bəyan edib ki, müvafiq məsələ Sülh Məhkəməsinin yurisdiksiyasından kənardadır. Daha sonra, iş Azərşəhr Baş Məhkəməsinin İkinci Şöbəsinə göndərilsə də bu şöbənin hakimi də ədalətli hökm vermək əvəzinə bu adın haram olduğunu bildirdi. Artıq 64 gündür ki, vətəndaşlıq vəziyyəti aktları idarəsində, məhkəmələrdə dolaşırıq. Bu gün səhiyyə ocağında uşağıma iki aylıq peyvənd vurmaqdan imtina etdilər. Uşağım tibbi sığortadan məhrum edilib." - deyə ata bildirib.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar