SON XƏBƏRLƏR

BMT TŞ-da İranla bağlı qətnamə rədd edildi - "Tətik" mexanizmi tətbiq oluna bilər

2025.09.19, 21:56
BMT TŞ-da İranla bağlı qətnamə rədd edildi - "Tətik" mexanizmi tətbiq oluna bilər

BMT Təhlükəsizlik Şurası (TŞ) İrana qarşı 2015-ci ildə ləğv edilmiş sanksiyaların bərpasını əngəlləməyi nəzərdə tutan qətnamə layihəsini rədd edib.

Gunaz.tv

Dörd ölkə - Rusiya, Çin, Pakistan və Əlcəzair sanksiyaların qaytarılmasının əleyhinə səs verib.

TŞ-nin doqquz üzvü isə sanksiyaların yüngülləşdirilməsinə qarşı çıxıb. İki ölkə bitərəf qalıb.

Qeyd edək ki, Avropa "üçlüy"ü Tehran hökuməti qarşısında üç şərt qoyub: ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətlərini dayandırmaq və zənginləşdirilmiş uran haqqında məlumat vermək.

Bu şərtlərə əməl etmək üçün Tehrana 30 gün vaxt verilib. Əks halda, "tətik" mexanizmi tətbiq olunacaq, yəni BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.

Bu il avqustun 28-də Avropa "üçlüy"ü BMT Təhlükəsizlik Şurasına "tətik" mexanizminin işə salınmasını tələb edən məktub göndərib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar