SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan XİN başçıları dialoqu davam etdirmək barədə razılığa gəlib

2025.09.23, 11:27
Azərbaycan və Ermənistan XİN başçıları dialoqu davam etdirmək barədə razılığa gəlib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar