SON XƏBƏRLƏR

Peter Siyarto: "Macarıstan Rusiyadan neft alışını dayandırmağı planlaşdırmır"

2025.09.23, 15:08
Peter Siyarto: "Macarıstan Rusiyadan neft alışını dayandırmağı planlaşdırmır"

Macarıstan Rusiyadan neft alışını dayandırmaq niyyətində deyil.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bildirib.

"Başqa yerdən neft-qaz almaqla bağlı xəyal qurmaq gözəl olardı, amma Rusiyadakı mənbələr olmadan etibarlı enerji tədarükünü təmin edə bilmərik", - o qeyd edib.

Macarıstan XİN başçısı ölkəsinin enerjini yalnız müvafiq infrastrukturu olan ölkələrdən ala biləcəyini qeyd edib. O vurğulayıb ki, Budapeşt Rusiyadan tədarük olmadan enerji təhlükəsizliyini təmin edə bilməz.

P.Siyarto bu bəyanatı Amerika Prezidenti Donald Trampın NATO üzvü olan bütün ölkələri Rusiyadan neft alışını dayandırmağa çağırmasından sonra verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar