SON XƏBƏRLƏR

Böyük Yeddilik ölkələri İran qarşısında 4 tələb irəli sürdü

2025.09.24, 11:13
Böyük Yeddilik ölkələri İran qarşısında 4 tələb irəli sürdü

Böyük yeddilik ölkələrinin (G7) xarici işlər nazirləri İslam Respublikasını güclü nüvə razılaşmasına nail olmaq üçün Amerika ilə birbaşa danışıqlara getməyə çağırıb.

Gunaz.tv

Bu haqda nazirlərin birgə bəyanatında bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində keçirilən iclasın yekunlarına dair birgə bəyanatda G7-nin xarici işlər nazirləri Avropa üçlüyünün İrana qarşı tətik mexanizmini işə salmaq qərarını alqışlayıblar.

“Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirin, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığı bərpa edin və İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini təmin edən güclü, davamlı və hərtərəfli nüvə razılaşmasına nail olmaq üçün Amerika ilə birbaşa dialoqa gedin”,- bəyanat müəllifləri İrandan tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar