SON XƏBƏRLƏR

Kanada İran püstəsini geri qaytardı

2025.09.29, 10:10
Kanada İran püstəsini geri qaytardı

Kanada hökuməti İrandan bu ölkəyə göndərilən püstəni geri qaytarıb və bu məhsulun İrandan idxalına qadağa qoyub.

Gunaz.tv

Bu haqda Kanada Qida Müfəttişliyi Agentliyi məlumat yayıb.

"Bu addım Kanada vətəndaşlarının salmonella xəstəliyinə yoluxmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirdir",- məlumatda bildirilib.

Qida Müfəttişliyi Agentliyinin qərarına əsasən, idxalçılar icazə almaq üçün püstə və ya tərkibində püstə olan məhsulların İran mənşəli olmadığını sübut etməlidirlər. 

Əks halda, daşımalar dayandırılacaq və sınaq üçün göndəriləcək və ya Kanadaya giriş qadağan ediləcək.

Məlumatda qeyd olunub ki, bu addım İran pustəsinin sağlamlığa ziyanlı olduğu barədə Kanadada 100-dən çox laboratoriya tərəfindən təsdiqlənməsindən sonra atılıb.

Kanada Qida Müfəttişliyi Agentliyi bu məhdudiyyətlərin qida təhlükəsizliyi yoxlamaları və monitorinqləri başa çatana qədər davam edəcəyini və pozuntu halında idxalçıları cərimələr, lisenziyaların ləğvi, hətta qanuni təqiblərlə üzləşəcəyini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar