SON XƏBƏRLƏR

Xusizsan prokuroru da mediaya xəbərdarlıq etdi- Diqqətli olun

2025.09.29, 10:56
Xusizsan prokuroru da mediaya xəbərdarlıq etdi- Diqqətli olun

"Tətik" mexanizminin tətbiqindən sonra bununla bağlı qıcıqlandırıcı məlumat yayan media qurumlarına qarşı ölçü götürüləcək.

Gunaz.tv

Bunu İranın Xuzistan əyalətinin prokuroru Əmir Xələfian deyib.

"Kiberməkanda davamlı olaraq monitorinq aparılır və media ictimai rəyi pozmaq alətinə çevrilməməlidir. Bununla bağlı istənilən pozuntuya yol verənlər təqib ediləcək",- o xəbərdarlıq edib.

Xələfian, "cəmiyyətin psixi təhlükəsizliyini" pozan şəxslərə qarşı məhkəmə işinin açıldığını da deyib.

İki gün əvvəl Tehran prokuroru Əli Salehi də oxşar bəyanat yayıb və bir neçə media qurumuna qarşı cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar