SON XƏBƏRLƏR

Tokio İrana qarşı sanksiyaları bərpa edir

2025.09.30, 12:33
Tokio İrana qarşı sanksiyaları bərpa edir

BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasından sonra Yapoinya Tehrana qarşı iqtisadi sanksiyaları bərpa edəcəyini açıqlayıb.

Gunaz.tv

Bu haqda İranın "Məşreq news" nəşri məlumat yayıb.

Yaponiya rəsmilərinin sözlərinə görə, qərar beynəlxalq qətnamələrə uyğun olaraq qəbul edilib və İranın 78 qurumunun və 43 fiziki şəxsin Yaponiyadakı aktivlərinin dondurulmasını nəzərdə tutur.

Yaponiya Nazirlər Kabinetinin katibi Yuşimasa Hayaşi, keçirdiyi mətbuat konfransında diplomatik həll yollarının vacibliyini də vurğulayıb:

“Dialoq imkanlarını əldən vermək olmaz, Təhlükəsizlik Şurasının qərarına sadiq qalaraq, diplomatik səylərimizi də davam etdirəcəyik".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar