SON XƏBƏRLƏR

İranda 10 qadın fəala 75 il həbs cəzası verdi

2025.10.06, 10:00
İranda 10 qadın fəala 75 il həbs cəzası verdi

İsfahan əyalətinin Apelliyasiya Məhkəməsinin 47-ci bölməsi islam dininin bəhai təriqətinə mənsub olan 10 qadın fəal barədə çıxarılan həbs qərarını təsdiq edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 5 qadın fəalın hər biri 10 il, digər beş fəalın hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Onlar "bəhai icmasına üzv olmaq" və "islam qanunlarını pozan təlim və təbliğat aparmaq"da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar