SON XƏBƏRLƏR

Millət vəkilləri Pezeşkiana xəbərdarlıq etdi - Danışıqlarına fikir ver!

2025.10.09, 12:56
Millət vəkilləri Pezeşkiana xəbərdarlıq etdi - Danışıqlarına fikir ver!

İslam Şurası Məclisinin 42 üzvü Prezident Məsud Pezeşkyana çıxışlarında və beynəlxalq bəyanatlarında diqqətli və sayıq olması barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bunu İran parlamentin rəyasət heyətinin üzvü Əhməd Nadiri deyib.

O, məsələnin təfərrüatı barədə və Pezeşkianın hansı fikirlərinə irad bildirildiyi barədə açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl də Məsud Pezeşkianın amerikalı jurnalistə verdiyi müsahibə 24 millət vəkilinin etiraz bəyanatı yazmasına səbəb olmuşdu.

Pezeşkian isə onlara cavab olaraq, rəsmi protokolları bəyənmədiyini və protokola uyğun danışmağın onun üçün çətin olduğunu bildirib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar