SON XƏBƏRLƏR

Azərbaycanlı milli fəallar Təbriz prokurorluğuna çağırıldı

2025.10.11, 10:06
Azərbaycanlı milli fəallar Təbriz prokurorluğuna çağırıldı

Azərbaycanlı fəallar Sima (Əkrəm) Əlipur, Salar Tahir Əfşar, Vahid Əbhəri, Cavid Nəzmi, Nima Radmaneş və Hüseyn İsmaili Təbriz Şəhər Dövlət və İnqilab Prokurorluğunun 3-cü İstintaq Şöbəsinə çağırılıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, adı çəkilən fəallara çağırış məktubu oktyabrın 9-da göndərilib.

Onlardan 5 gün ərzində prokurorluğa getmələri və barələrində irəli sürülən ittihamlara görə müdafiə çıxışı etmələri istənilib.

Fəallara qarşı "hökumətə qarşı təbliğat", "ictimai rəyi təhrik etmək" və "rəsmi dövlət sənədlərini saxtalaşdırmaq" ittihamları irəli sürülüb.

Qeyd edək ki, adı çəkilən fəalların hamısı bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkumluq dövrü yaşayıblar və Tahir Salar Əfşar hazırda Evin həbsxanasında 5 illik həbs cəzasını çəkir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar