SON XƏBƏRLƏR

Güney Azərbaycan əyalətlərinin əhalisinin sayı açıqlandı

2025.10.11, 15:56
Güney Azərbaycan əyalətlərinin əhalisinin sayı açıqlandı

İran Statistika Mərkəzi ölkə əyalətlərinin əhalisinin son sayını açıqlayıb.

Gunaz.tv

Bu haqda İran mediasında məlumat yayılıb.

Məlumata görə Azərbacan əyalətlərinin əhalisinin sayı belədir:

Qərbi Azərbaycan 3, 529,00, Şərqi Azərbaycan 4, 092,000, Ərdəbil 1,299,000, Zəncan 1,119,000, Qəzvin 1,344,000, Həmədan 1,769,000.

Bununlada rəsmi statistikaya görə, azərbaycanlıların kompakt yaşadığı əyalətlərdə əhalinin ümumi sayı 
11,152,000 nəfərdir.

Xatırladaq ki, bu statistika Tehran, Alburz və Mərkəz əyalətlərində yaşayan milyonlarla azərbaycanlını, həmçinin İranın müxtəlif əyalətlərində yaşayan çoxsaylı türkləri ehtiva etmir.

Qeyd edək kİ, son onilliklərdə Azərbaycan bölgələrindən, xüsusən də Tehrana və İranın mərkəzi şəhərlərinə mühacirət artıb və bunun müqabilində Azərbaycan əyalətlərində doğum göstəricilərinin azalması da müşahidə olunur.

Qeyd edək ki, Tehran, Alburz və Mərkəzi əyalətlərdə də milyonlarla azərbaycanlı yaşayır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar