SON XƏBƏRLƏR

İranda elektrik kəsintilərinin yeni dalğası başlayacaq

2025.10.14, 12:39
İranda elektrik kəsintilərinin yeni dalğası başlayacaq

Ötən illə müqayisədə neft və qaz ehtiyatlarının təxminən iki dəfə artmasına baxmayaraq, yanvar ayından etibarən ölkədə yenidən elektrik kəsintilərinin yaşanması ehtimalı yüksəkdir.

Gunaz.tv

Bunu İran Enerji Komissiyasının İdarə Heyətinin üzvü Fərhad Şəhrəki deyib.

O, "Şəfəqna" saytına verdiyi müsahibədə həmçinin “Yeddinci İnkişaf Proqramı” çərçivəsində qarşıya qoyulan məqsədlərin icrasında çətinliklər olduğunu söyləyib. 

"Bu proqramda quraşdırılmış elektrik stansiyalarının “minimum 55 faiz səmərəlilik” göstəricisinə çatması nəzərdə tutulsa da, Enerji Nazirliyi sanksiyalar və maliyyə problemlərinə görə bunun mümkün olmadığını bildirib",- şəhrəki əlavə edib.

Qeyd edək ki, rəsmi hesabatlara görə, 2024-cü ilin qışında İranın gündəlik qaz çatışmazlığı 300 milyon kubmetr olub və hesablamalar göstərir ki, bu rəqəm 2031-ci ilə qədər 600 milyon kubmetrə çata bilər.

Bu və getdikcə pisləşən iqtisadi vəziyyət, həmçinin sanksiyaların sərtləşməsi ondan xəbər verir ki, İranda qaz və elektrik böhranı yaxın gələcəkdə sadəcə təkrarlanmayacaq, həm də daha uzunmüddətli və baha başa gələn bir problemə çevriləcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar