SON XƏBƏRLƏR

Pakistan–Əfqanıstan sərhədində yeni silahlı toqquşma baş verib

2025.10.15, 11:22
Pakistan–Əfqanıstan sərhədində yeni silahlı toqquşma baş verib

Pakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, 14 oktyabr axşamı “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar.

Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib.

Toqquşmalar zamanı “Fitna əl-Həvaric” qruplaşmasının yüksək vəzifəli komandirlərindən biri zərərsizləşdirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar