SON XƏBƏRLƏR

Orban Putinə Rusiya-Amerika sammiti üçün şərait yaratmağa hazır olduğunu bildirib

2025.10.17, 15:38
Orban Putinə Rusiya-Amerika sammiti üçün şərait yaratmağa hazır olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 17-də telefon danışığı aparıblar.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, danışıq Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.

V.Orban Macarıstanda mümkün Rusiya-Amerika sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Rusiya Prezidenti isə öz növbəsində V.Orbanı oktyabrın 16-da Amerika Prezidenti Donald Trampla apardıqları telefon danışığı barədə məlumatlandırıb.

Kremlin məlumatına əsasən, Amerika nümayəndələri ilə qarşıdakı təmaslarda Ukrayna böhranının sülh yolu ilə nizamlanması üçün gələcək fəaliyyət alqoritmini müzakirə etmək nəzərdə tutulur.

Bundan əlavə, Macarıstanın paytaxtında gələcəkdə Rusiya-Amerika yüksək səviyyəli görüşünün keçirilməsi də nəzərə alınır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar