SON XƏBƏRLƏR

6 ayda Qərbi Azərbaycan əyalətində ölən və yaralanan işçilərin statistikası

2025.10.18, 11:49
6 ayda Qərbi Azərbaycan əyalətində ölən və yaralanan işçilərin statistikası

Son 6 ay ərzində Qərbi Azərbaycan əyalətində baş verən iş qəzaları nəticəsində 715 işçi ölüb və yaralanıb.

Gunaz.tv

Bu haqda əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı Musa Ədibfər məlumat yayıb.

Onun sözlərinə görə, qeyd olunan müddətdə 28 işçi həlak olub, 687 işçi isə yaralanıb.

Ədibfərin sözlərinə görə, qəza qurbanlarının 658-i kişi, 29-u isə qadındır.

Qeyd edək ki, müstəqil həmkarlar ittifaqları və işçi hərəkatı fəalları Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamasını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar