SON XƏBƏRLƏR

Əhvazda hicabsızlığa görə 16 iş yerinin fəaliyyətinə qadağa qoyuldu

2025.10.21, 14:00
Əhvazda hicabsızlığa görə 16 iş yerinin fəaliyyətinə qadağa qoyuldu

İranın Əhvaz şəhərində məcburi hicab qaydalarının pozulduğu səbəbindən 11 iş yeri bağlanıb.

Gunaz.tv

Bu haqda İran televizyası Əhvazın İctimai Yerlərə Nəzarət polisinin rəisi Məhəmməd Həsən Məhəmmədvəndə istinadən məlumat yayıb.

Məlumata görə, fəaliyyətinə qadağa qoyulan kafe və restoranlarda "islam qaydalarına zidd hərəkətlər" edilib.

Məhəmmədvənd, iş yerlərinin bağlanmasını "ictimai nizam-intizamın yüksəldilməsi" layihəsi çərçivəsində həyata keçirildiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar