SON XƏBƏRLƏR

Azərbaycanlı təqaüdçülər dörd şəhərdə etiraz aksiyası keçirdilər

2025.10.27, 15:09
Azərbaycanlı təqaüdçülər dörd şəhərdə etiraz aksiyası keçirdilər

Bu gün oktyabrın 20-də İran Telekommunikasiya Şirkətinin Həmədan, Təbriz, Xoy və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda Azad İşçi Hərəkatı məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar