SON XƏBƏRLƏR

Hindistan polisi İrana görə iki nəfəri həbs edib

2025.10.30, 15:46
Hindistan polisi İrana görə iki nəfəri həbs edib

Hindistan polisi Adil Hüseyni və Əxtər Hüseyn Əhməd adlı iki şəxsi həbs edib.

Gunaz.tv

Bu haqda "Hindistan tayms" məlumat yayıb.

Məlumata görə, onlar birinci saxta pasport düzəltmək şəbəkəsi qurmaq ittihamına görə saxlanılsalar da, sonradan İranın nüvə proqramı ilə əlaqəli fəaliyyətlərdə şübhəli biliniblər.

"Onlar bilərəkdən Hindistandakı nüvə layihəsi ilə bağlı planları və sənədləri İrandakı rəsmilərlə paylaşmağa çalışıblar",- məlumatda bildirilib.

Hindistan polisi sənədlərin saxta ola biləcəyininin mümkünlüyünü deyib və bunun dəqiqləşdirilməsi üçün istintaqın davam etdiyini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar