SON XƏBƏRLƏR

Urmu gölünün quruması yabanı təbiəti məhvi edir

2025.10.31, 12:29
Urmu gölünün quruması yabanı təbiəti məhvi edir

Urmu gölünün quruması və baş verən quraqlıq bölgənin vəhşi təbiyətinin məhv olması təhlükəsini yaradıb.

Gunaz.tv

Bunu Urmu Gölü Milli Parkının başçısı Behzad Şirpəncə deyib.

"Kabudan, Spir, Arzu və Aşk adaları Urmu gölünün ən vacib vəhşi təbiət yaşayış yerləridirlər və bu adaların su ehtiyatlarında və bitki örtüyündəki hər hansı bir dəyişiklik əsas növlərin populyasiyasına birbaşa təsir göstərir",- o bildirib.

Şirpəncə su ehtiyatlarının tükənməsi nəticəsində xüsusən qoç, sarı maral və bəzi su quşlarının daha çox məhv olma təhlükəsi ilə üzləşdikləri haqda xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə il əvvələ kimi Urmu gölü ətrafı və göldəki adalarda sarı maralların sayı minlərlə olub.

Gölün quruması nəticəsində maralların sayı getdikcə azalaraq 2023-cü ildə 60-a, bu il isə 18-ə düşüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar