SON XƏBƏRLƏR

Aclıq aksiyası keçiriən milli fəalın vəziyyəti ağırlaşdı

2025.11.01, 10:30
Aclıq aksiyası keçiriən milli fəalın vəziyyəti ağırlaşdı

Qanunsuz həbsinə və qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq Təbriz həbsxanasında aclıq aksiyası keçirənKərim İsmayılzadənin vəziyyəti aksiyanın 9-cu günü ağırlaşıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, milli fəal huşsuz vəziyyətdə Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Qeyd edək ki, oktyabrın 15-də Təbriz Prokurorluğuna çağırılan İsmayızadə oradan Təbriz həbsxanasına aparılıb.

Ona qarşı  "yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etmək" və "hökumətə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Kərim ismayılzadə bundan əvvəl də dinc mədənifəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar