SON XƏBƏRLƏR

İranda həbsdə olan fransalılar azad edilib

2025.11.05, 15:56
İranda həbsdə olan fransalılar azad edilib

3 əvvəldən İranda həbsdə olan fransalı cütlük Sesil Kohler və onun həyat yoldaşı Jak Paris sərbəst buraxılıb.

Gunaz.tv

Bu haqda Fransa prezidenti Emanuel Makron özünün X hesabında yazıb.

O, fransalı cütlüyün sərbəst buraxılmasını "böyük qurtuluş" adlandırıb.

Makron, bunu "ilk addım" adlandırıb və cütlüyün Fransaya tez bir zamanda qayıtması üçün İranla danışıqların davam etdiyini qeyd edib.

Fransa Xarici İşlər Nazirliyi isə Sesil Kohler və Jak Parisin  Fransanın Tehrandakı səfirliyində olduqlarını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə fransalı məhbusların girov müqabilində şərti azadlığa buraxıldıqlarını və növbəti məhkəmə mərhələsinə qədər nəzarətdə saxlanılacağını söyləyib.

Sesil Kohler və Jak Paris 2022-ci ildə İranda başlayan etiraz aksiyalarını qızışdırmaqda və "casusluq"da günahlandırılıblar.

Bununla eyni vaxtda Fransada həbsdə olan iranlı qadın Fatimə İsfəndiyarinin də sərbəst buraxıldıını bildirib.

İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, o azad edilib və hazırda İranın Parisdəki səfirliyindədir, məhkəmə prosesi bitdikdən sonra ölkəyə qaytarılacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar