SON XƏBƏRLƏR

Həmədanda məhbus intihar etdi

2025.11.06, 13:00
Həmədanda məhbus intihar etdi

Həmədan şəhərinin həbsxanasında saxlanılan məhbus intihara əl atıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Seyyid Mola Xudayari adlı məhbus metadon həbləri içərək özünə qəsd edib.

Ağır və huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan Xudayari, iki günlük müalicədən sonra yenidən həbsxanaya qaytarılıb.

Narkotik maddələrin qaçaqmalçılığına görə saxlanılan məhbusun, barəsində irəli sürülən ittihamın saxta olduğuna və həbsxana rəhbərliyinin məhbuslara qarşı qəddar münasibətinə etiraz olaraq intihara əl atdığı bildirilib.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar