SON XƏBƏRLƏR

İran ötən ay hər üç saatda bir nəfəri edam edib

2025.11.08, 11:00
İran ötən ay hər üç saatda bir nəfəri edam edib

İran İnsan Hüquqları Təşkilatı ötən ay İranda ən azı 217 nəfərin edam edildiyini açıqlayıb.

Gunaz.tv

İran İnsan Hüquqları Təşkilatı bunun son 25 ilin ən yüksək aylıq hesabatı olduğunu bildirib.Bu hər 3 saata bir edam deməkdir.

Təşkilat qeydə alınan 217 edamdan yalnız 24-ünün (11 faizi) rəsmi media tərəfindən elan edildiyini yazıb.

Hesabatda bildirilir ki, 99 məhbus (edamların 45 faizi) narkotiklə əlaqəli ittihamlarla edam edilib, 104-ü (48 faizi) isə qəsdən adam öldürməkdə ittiham olunub. Edam edilənlər arasında səkkiz bəluc, 11 əfqan və bir ərəb vətəndaşı var.

Təşkilat əlavə edib ki, bu ilin ilk 10 ayında ən azı 1271 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövründəki 685 edamdan təxminən iki dəfə çoxdur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar