SON XƏBƏRLƏR

İranda 6 sosial media fəalı həbs edildi

2025.11.29, 13:09
İranda 6 sosial media fəalı həbs edildi

İran polisi komediyaçı və "Gecəyarısı" verilişinin aparıcısı Əli Səburini verilişin istehsal qrupunun altı üzvü ilə birlikdə həbs edib.

Gunaz.tv

Bu haqda İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Məlumata görə, studiyada auditoriya ilə YouTube-da qeydə alınan veriliş "əxlaqi və sosial normaları pozan məzmun" ittihamı ilə məhkəməyə verilib.

Rəsmi açıqlamada bildirilir ki, cinayət işi açıldıqdan sonra saxlanılanları müstəntiq dindirib; onlardan bəziləri girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb, digərləri isə hələ də həbsdədir.

Verilişin istehsalı və yayımı da tamamilə dayandırılıb.

Hüquq müdafiəçiləri saxlanılanların hazırladıqları verilişlərin ictimai məsələlərə toxunduğunu və tənqidi mahiyyət daşıdığı üçün hakimiyyətin qəzəbinə səbəb olduğunu bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar