SON XƏBƏRLƏR

Güneyli rejissor həbs cəzasına məhkum edildi

2025.12.02, 10:43
Güneyli rejissor həbs cəzasına məhkum edildi

Əslən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan tanınmış rejissor Cəfər Pənahi həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi "hökumətə qarşı təbliğat" ittihamına görə, Pənahi barəsində 1 il həbs və 2 il ölkədən çıxışına qadağa qərarı çıxarıb.

Bununla yanaşı onun həbsdən çıxdıqdan sonra 2 il müddətinə siyasi və ictimai təşkilatlara üzvlüuünə və fəaliyyətinə də qadağa qoyulub.

Qeyd edək ki, kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar