SON XƏBƏRLƏR

Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır

2025.12.02, 11:49
Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır

Avropa Komissiyası Litvanın “hibrid hücumlarda” ittiham etdiyi Belarusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen Litva Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, Litva–Belarus sərhədində vəziyyət “pisləşir” və qaçaqmalçıların idarə etdikləri hava şarlarının Litvanın hava məkanına “dəfələrlə daxil olması” narahatlıq doğurur.

“Biz sanksiya rejimimiz çərçivəsində yeni tədbirlər hazırlayırıq”, – Fon der Leyen bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar