SON XƏBƏRLƏR

İranda yeni qrip növü- Qərbi Azərbaycanda məktəblər ağlandı

2025.12.08, 13:23
İranda yeni qrip növü- Qərbi Azərbaycanda məktəblər ağlandı

Bu gün Qərbi Azərbaycan əyalətinin bütün bölgələrində məktəblər tətil elan edilib.

Gunaz.tv

Bu haqda Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar Təşkilatı məluamt yayıb.

Bildirilib ki, bu, əyalətdə mövsümi qrip xəstəliyinin geniş yayılması səbəbindən qərara alınıb.

Xatırladaq ki, ötən həftə Ərdəbil əyalətində də eyni səbəbə görə təhsil ocaqları tətil edilmişdi.

Bununla eyni vaxtda yoluxucu xəstəliklər üzrə mütəxəssis Minu Mohrez, ölkədə qripin yeni və təhlükəli növünün geniş yayılması barədə xəbərdarlıq edib:

"Xəstəliyin hazırkı dalğası əvvəlki dalğalardan daha şiddətlidir və yoluxanlar arasında ölüm hallarının baş vermə ehtimalı var".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar