SON XƏBƏRLƏR

İran İsrailə görə AEBA-ya çağırış etdi

2025.12.22, 15:43
İran İsrailə görə AEBA-ya çağırış etdi

İran BMT-ə üzv dövlətləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) 12 günlük müharibə dövründə özünün nüvə təsisatlarına edilən hücumu qınamağa çağırıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransındakı çıxışında danışıb.

“İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) üzvüdür və öz öhdəliklərinə əməl edib, ən çox yoxlamalara məruz qalan ölkə olub. Buna görə də hər hansı bir böhranın yaranması üçün əsas yoxdur”, – Bəqayi bildirib.

O, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı atdığı addımların hələ də qınanmadığından narahatlığını bildirib: 

“Bu pisləmə BMT-yə üzv dövlətlər və AEBA-nın baş direktoru tərəfindən həyata keçirilməlidir”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar