SON XƏBƏRLƏR

İran Hizbullah-a daha 1 milyard yardım edəcək

2025.12.23, 12:16
İran Hizbullah-a daha 1 milyard yardım edəcək

İran qarşıdakı il üçün dəstəklədiyi Livan Hizbullah-ı üçün yenidən 1 milyard dollar yardım ayıracaq.

Gunaz.tv

Bu haqda İsrail Kan şəbəkəsinin ərəb məsələləri üzrə müxbiri Roy Kays məlumat yayıb.

Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələri yardımın 2 milyard dollar olmasını tələb etsə də, bu qəbul olunmayıb.

Bildirilib ki, "Tehranın yardımı müntəzəm olaraq həyata keçirilsə də, Hizbullah liderlərinin fikrincə, bu məbləğ qruplaşmanın hərbi potensialını bərpa etmək üçün kifayət deyil."

Onun sözlərinə görə, qruplaşmanın müharibədən sonra özünü bərpa etməsi üçün İran son bir ildə Livandakı Hizbullah-a yüz milyonlarla dollar köçürüb.

Qeyd edək ki, ABŞ 12 noyabrda sanksiyalara baxmayaraq İraının Livandakı Hizbullah-a təxminən 1 milyard dollar göndərdiyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar