SON XƏBƏRLƏR

Maaşları artırmağa pul yoxdur- Pezeşkian

2025.12.28, 12:56
Maaşları artırmağa pul yoxdur- Pezeşkian

Ölkədə yüksək inflyasiya hakimdir, mənə deyirlər ki, əmək haqlarını artırın, biri mənə desin, bunun üçün pulu haradan gətirək?

Gunaz.tv

Bunu İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı deyib.

“Əgər xalqın və imkansızların problemlərini həll edə bilməsəm, nə idarə etmək, nə də prezident qalmaq üçün heç bir motivasiyam yoxdur”,- o, yenidən istefa verə biləcəyinə işarə edib.

Qeyd edək ki, İranda iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Tehran, gələn ilin üdcəsindən Livanın Hizbullah terror təşkilatı üçün 1 milyard dollar yardım ayırıb.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar