SON XƏBƏRLƏR

İran rejimi son nəfəslərini çəkir- AP

2026.01.15, 15:23
İran rejimi son nəfəslərini çəkir- AP

Avropa Birliyi Donald Trampın İran rejiminə qarşı sanksiyalardan tutmuş İnqilab Keşikçilərini terrorçular siyahısına salmasına qədər dərhal tədbirlər görməsini gözləməməlidir.

Gunaz.tv

Bu sözləri Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib.

O, Avropa Birliyi liderlərini etirazçılara qarşı repressiyaları şiddətləndirən Tehran rejiminə qarşı təzyiqləri artırmağa çağırıb və bildirib ki, İran rejimi son nəfəslərini çəkir və 2026-cı ildə diktatorlar dövrü başa çatacaq.

Roberta Metsola, daha çox sanksiyanın dərhal müzakirəyə çıxarılmasını və İslam İnqilabı Keşikçiləri Korpusunun AB-nin terrorçu siyahısına əlavə edilməsini təklif edib.

Xatırladaq ki, iki gün əvvəl Avropa Parlamentinin prezidenti İran diplomatlarının parlament binalarına girməsini qadağan edib. O, həmçinin AB-ni İranda etirazçılara qarşı zorakılıqla mübarizəyə tez bir zamanda reaksiya verməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar