SON XƏBƏRLƏR

Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib

2026.01.17, 10:44
Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq ABŞ-nin alyansdan çıxma ehtimalını istisna etməyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Heç nə dəyişməz deyil, hər şey dəyişə bilər. ABŞ-nin NATO-da qalacağına söz verə bilmərəm", - deyə o, əlavə edib.

Keçmiş baş katib hesab edib ki, NATO ABŞ-nin qurumda aktiv müttəfiq olaraq qalıb-qalmamasından asılı olmayaraq transatlantik alyansı qorumaq üçün tədbirlər görməlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar