SON XƏBƏRLƏR

İranda repressiyalar davam edir

2026.01.20, 15:26
İranda repressiyalar davam edir

İranda repressiyaların davamında ölkənin Xorasan Rəzəvi əyalətində daha 192 nəfər həbs edilib.

Gunaz.tv

Bu haqda İran televizyası məlumat yayıb.

Saxlanılanların etiraz aksiyaları zamanı 6 hökumət məmurunun öldürülməsində ittiham olunduqları iddia olunub.

Hökumət mediasının iddiasına görə, onlardan çox sayda soyuq və odlu silah aşkar edilərək götürülüb.

Onların kimliyi və harada saxlanıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, İran hökuməti etiraz aksiyalarının xarici ölkələrə qrupllar tərəfindən təşkil edildiyini iddia edərək repressiyalara bəraət qazandırmağa çalışır.

İnsan aqları təşkilatlarının bildirdiyinə görə, bu ittihamlara görə 10 minlərlə narazı həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar