SON XƏBƏRLƏR

İranda tarixin ən uzun internet blokadası yaşanır

2026.01.21, 14:46
İranda tarixin ən uzun internet blokadası yaşanır

İranlılar tarixdə ən uzun internet blokadası ilə üzləşiblər. Hakimiyyət yanvarın 8-də etirazçılara qanlı divan tutmağa başlayandan ölkədə rəqəmsal blokada tətbiq edib.

Gunaz.tv

Həftələrlə çəkən nümayişlər, əsasən, yatırılsa da, internetə çıxışın bərpa olunub-olunmayacağı sual altındadır.

Ekspertlər qeyd edirlər ki, hətta xidmətlər bərpa olunsa belə, iranlıların qlobal internetlə bağlantısı həmişəlik kəsilə bilər, çünki hakim orqanlar vətəndaşları "intranet" adlı daxili şəbəkədən istifadəyə məcbur edir. Bu isə dünya internetindən ayrı işləyir.

"NetBlocks" internetə monitorinq təşkilatı yanvarın 20-də bildirib ki, hökumət "ağ siyahı" əsasında bağlantıya keçidi sınaqdan keçirə bilər. Bu, bir internet senzurasıdır, belə olduqda qlobal internetə çıxış əsasən bloklanır və yalnız bəzi təsdiqlənmiş vebsaytlara, tətbiqlərə və xidmətlərə çıxışa icazə verilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar