SON XƏBƏRLƏR

İran etirazlarında ölənlərin son sayı açıqlandı

2026.01.22, 10:49
İran etirazlarında ölənlərin son sayı açıqlandı

İranda 25 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülən 4902 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 9387 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. 

Gunaz.tv

Bunu İran İnsan Haqları Təşkilatı bildirib.

Öldürülənlərdən 201 hökumət məmuru, 40-i azyaşlı və 39-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

İran hökuməti isə  yanvarın 21-də yaydığı bəyanatda 3117 nəfərin öldürüldüyünü, onlardan 690 nəfərinin "terrorçu" olduğunu, qalanlarının isə xalq və hökumət qüvvələri olduğunu iddia edib.

Bununla yanaşı 26541 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, internet kəsldiyinə görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar