SON XƏBƏRLƏR

Almaniyalı siyasətçi İrana görə Avropa Birliyini tənqid etdi

2026.01.22, 13:59
Almaniyalı siyasətçi İrana görə Avropa Birliyini tənqid etdi

Avropa Parlamentinin almaniyalı üzvü Hanna Neymann İranla bağlı Avropa Birliyinin Xarici Əlaqələr Xidmətini tənqid edib.

Gunaz.tv

Bu barədə o, yaydığı videomüraciətində bildirib.

Neymann Avropa Birliyinin İslam Respublikasına qarşı yumşaq yanaşmasını çox məyusedici və səhv adlandırıb.

Avropa Parlamentinin üzvü bildirib ki, Avropa Birliyi rəsmiləri illərdir nüvə məsələsinə görə Tehranla danışıqların davam etdirilməli olduğunu deyirlər və buna görə də Avropa digər məsələlərdə bir az daha yumşaq olmağa məcbur olur.

"İllər ərzində sübut olunub ki, Avropanın yanaşması səhv olub, çünki nüvə məsələsində heç bir nöqtəyə çatmamışıq və danışıqlar heç bir nəticə verməyib. Bu arada, İran daxilindəki repressiyalar hər gün daha da pisləşib və təkcə son iki həftə ərzində qırğınların ən pis kabusuna şahid olduq. Eyni zamanda, İslam Respublikasının regiondakı təmsilçilərinə dəstəyi də artıb", - deyə o əlavə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar