SON XƏBƏRLƏR

AP SEPAH-ı terror təşkilatları siyahısına saldı

2026.01.23, 10:36
AP SEPAH-ı terror təşkilatları siyahısına saldı

Yanvarın 22-i axşam saatlarında Avropa Parlamenti 562 lehinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib.

Gunaz.tv

Bu barədə AP-nin yaydığı bəyanatda bildirilib.

"İranda minlərlə etirazçının qətliamı İran rejiminin müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur",- Avropa Parlamentinin bəyanatında deyilir.

Avropa Parlamentinin üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar.

Parlament Avropa Birliyi Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunu, o cümlədən ona bağlı "Bəsic" və Qüds Qüvvələrini dərhal terror təşkilatı kimi tanımağa çağırıb. Avropa Parlamenti həmçinin adı çəkilən qurumların aktivlərinin dondurulması və viza qadağaları da daxil olmaqla, Avropa Birliyinin məhdudlaşdırıcı tədbirlərinin genişləndirilməsinə və ciddi şəkildə tətbiq edilməsini tələb edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar