SON XƏBƏRLƏR

ABŞ-ın vitse-prezidenti Devid Vens fevral ayında Azərbaycana səfər edəcək

2026.01.24, 11:31
ABŞ-ın vitse-prezidenti Devid Vens fevral ayında Azərbaycana səfər edəcək

ABŞ prezidenti Donald Tramp vitse-prezident Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.

Gunaz.tv

Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Tramp vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar