SON XƏBƏRLƏR

İran hakimiyyətində dərin çatlar: Ərakda vali müavini ailəsi ilə birlikdə saxlanıldı

2026.01.24, 13:32
İran hakimiyyətində dərin çatlar: Ərakda vali müavini ailəsi ilə birlikdə saxlanıldı

Gunaz.tv

Mərkəzi vilayətin Ərak şəhər İcra Hakimiyyətinin Əcnəbilərin İşləri üzrə sədr müavini Zəhra Kəsaiipur 9 Yanvar tarixində Ərak şəhərində keçirilən etiraz aksiyaları zamanı qəfil şəkildə həyat yoldaşı və iki övladı ilə birlikdə saxlanılıb.

Presedentsiz sayılan bu addım bir dövlət məmurunun ailə üzvləri ilə birlikdə həbs edilməsi ilə bağlı ciddi suallar doğurub və İran hakimiyyətinin daxili strukturunda mövcud olan dərin parçalanmaları bir daha gündəmə gətirib.

Məlumata əsasən, Zəhra Kəsaiipur eyni zamanda Ərak İcra Hakimiyyətinin Qadınlar və Ailə Məsələləri üzrə İdarəsinin rəhbəri vəzifəsini icra edib.

Onu saxlayan qurumun hansı təhlükəsizlik strukturu olduğu, eləcə də Kəsaiipur və ailə üzvlərinin hazırda harada saxlanıldığı barədə indiyədək rəsmi məlumat açıqlanmayıb.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar