SON XƏBƏRLƏR

Fransa və İspaniya SEPAH-ın terrorçu elan edilməsini dəstəklədi

2026.01.29, 12:29
Fransa və İspaniya SEPAH-ın terrorçu elan edilməsini dəstəklədi

İspaniya İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.

Gunaz.tv

Bu abrədə "Euronews" İspaniya XİN-ə istinadən məlumat yayıb.

Bundan əvvəl isə Fransanın xarici işlər naziri Jean-Noël Barrot ölkəsinin SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınmasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, İranda etirazçılara qarşı qəddar repressiyalardan sonra SEPAH-ın terror təşkilatı kimi tanınması müzakirəsi yenidən başlayıb. 

Ancaq AB-nin ən böyük iki üzvü olan Fransa və İspaniya əvvəllər bununla bağlı tərəddüd etdiklərinə görə, bu addımla bağlı konsensusa gəlmək çətinləşmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar