SON XƏBƏRLƏR

İran mətbuatında etirazlarda öldürülənlərin siyahısı dərc olundu

2026.02.02, 09:55
İran mətbuatında etirazlarda öldürülənlərin siyahısı dərc olundu

İran Prezident Aparatı etirazlar zamanı həyatını itirənlərin sayını 3117 nəfər olaraq açıqlayıb.

Gunaz.tv

Məhkəmə-tibbi ekspertiza və Əhali Qeydiyyatı Təşkilatının məlumatlarının uyğunlaşdırılmasına əsasən, 2986 nəfərin şəxsiyyəti dərc edilib. Fərqin səbəbi kimi bəzi cəsədlərin şəxsiyyəti müəyyən edilməməsi və bəzi identifikasiya məlumatlarının qeydiyyatında uyğunsuzluqlar göstərilib.

Məlumatların yoxlanılması və dəqiqləşdirilməsi üçün 48 saat ərzində xüsusi bir sistemin işə salınacağı bildirilib.

Eyni zamanda, İranın bir sıra ümumölkə qəzetləri hökumət tərəfindən yayımlanan və 2985 nəfərin ad və məlumatlarını əhatə edən siyahını birinci səhifələrində dərc ediblər.

Bu arada, bu siyahıda bütün qurbanların adlarının yer almadığı və real ölənlərin sayının açıqlanan rəqəmlərdən daha yüksək olduğu bildirilir. İran İslam Respublikasının rəsmiləri isə etirazçıları dəfələrlə “terrorçu” adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar