SON XƏBƏRLƏR

ABŞ generalı: “İranla danışıqların vaxtı deyil — hər yeni razılaşma rejimin ömrünü uzadır”

2026.02.02, 14:42
ABŞ generalı: “İranla danışıqların vaxtı deyil — hər yeni razılaşma rejimin ömrünü uzadır”

Gunaz.tv

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini və "Fox News" telekanalının baş analitiki general Cek Kin bildirib ki, hazırda İran hökuməti ilə danışıqlar aparmağın vaxtı deyil və bu rejimlə bağlanacaq hər yeni razılaşma yalnız onun mövcudluğunu uzatmaq mənasına gəlir.

Kin vurğulayıb ki, İran rejimi siyasi, iqtisadi və hərbi baxımdan “son dörd onillikdə ən zəif vəziyyətini” yaşayır və bu mərhələni Tehrandakı hakimiyyət strukturuna strateji zərbə vurmaq üçün “tarixi fürsət” kimi dəyərləndirib.

O əlavə edib ki, sərt şərtlər olmadan aparılan danışıqlar İran hökumətinin gücünü bərpa etməsinə və beynəlxalq təzyiqlərdən, eləcə də daxili etirazların yatırılması ilə bağlı məsuliyyətdən yayınmasına şərait yarada bilər.

Bu açıqlamalar ABŞ mediasında Tehran və Vaşinqton arasında mümkün diplomatik təmasların yenidən gündəmə gəlməsi fonunda səsləndirilib.

General Kin həmçinin İran rejiminin davamlı siyasi və iqtisadi zəifliyinə diqqət çəkərək, mövcud şəraitin sadə diplomatik razılaşmadan daha çox daxili ziddiyyətlərin artmasına və hakimiyyətin daha da zəifləməsinə yol aça biləcəyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar