SON XƏBƏRLƏR

İsveç parlamentinin üzvləri İranla bağlı bəyanat yaydı

2026.02.03, 15:09
İsveç parlamentinin üzvləri İranla bağlı bəyanat yaydı

İsveç parlamentindəki bütün partiyalardan olan 20 millət vəkili İran etirazçılarına dəstək verdiklərini deyiblər.

Gunaz.tv

Bu barədə onlar yaydıqları bəyanatda bildiriblər.  

"2026-cı ilin ilk həftələrində İranda islamçı rejimə qarşı böyük etirazların şahidi olduq. Bunlar qəddarcasına yatırılıb. İnternet bağlandığından neçə nəfərin öldüyünü, yaralandığını və ya həbs olunduğunu müəyyən etmək çətindir, Ancaq yayılan məlumatlara görə, bu rəqəm minlərlədir. Mülki əhaliyə qarşı zorakılıq qəti şəkildə pislənməlidir. İran rejiminin zorakılığı dərhal dayandırılmalıdır",- bəyanatda deyilir.

Millət vəkilləri etirazçılara qarşı zorakılığa son qoyulmasını və repressiyalarda əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar