SON XƏBƏRLƏR

ABŞ-ın iki yüksək vəzifəli rəsmisinin Azərbaycan və Ermənistana səfəri

2026.02.09, 09:35
ABŞ-ın iki yüksək vəzifəli rəsmisinin Azərbaycan və Ermənistana səfəri

Gunaz.tv

ABŞ-ın iki yüksək vəzifəli rəsmisi — vitse-prezident Cey-Di Vens və ABŞ Dövlət Departamentinin iqtisadi məsələlər üzrə köməkçi dövlət katibi Ceykob Helberq 9–11 fevral 2026-cı il tarixlərində birgə şəkildə İtaliya (Milan), Ermənistan (İrəvan) və Azərbaycan (Bakı)ya səfər edəcəklər.

Səfərin bu səviyyədə təşkili (vitse-prezident və Dövlət Departamentinin yüksək rütbəli rəsmisi) Vaşinqtonun Cənubi Qafqaza təhlükəsizlik və strateji baxımdan ciddi yanaşdığını göstərir və bu addımın yalnız simvolik xarakter daşımadığını ortaya qoyur.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Vensin İrəvan və Bakıya səfərinin əsas məqsədi Donald Tramp administrasiyasının sülh təşəbbüslərini dəstəkləmək və “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsini irəli aparmaqdır.

Səfər Tramp administrasiyasının aralıq seçkilər ərəfəsində yüksək vəzifəli şəxslərin xarici səfərlərini məhdudlaşdırdığı bir dövrdə baş tutur ki, bu da analitiklərin fikrincə, Cənubi Qafqazın Vaşinqton üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.

Məlumatlara görə, Cey-Di Vens səfər çərçivəsində ABŞ-ın Azərbaycan–Ermənistan sülh sazişinə dəstəyini bir daha vurğulayacaq, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional nəqliyyat–logistika bağlantılarının gücləndirilməsi məsələlərini gündəmə gətirəcək. Analitiklər bölgəyə artan diqqətin səbəbləri arasında İran ətrafında artan gərginliyi və Rusiyanın bölgədəki təsirinin azalmasını əsas amillər kimi göstərirlər.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar