SON XƏBƏRLƏR

Bu gün İranda "cəhalətin zülm üzərində qələbəsi"nin ildönümüdür

2026.02.11, 15:29
Bu gün İranda "cəhalətin zülm üzərində qələbəsi"nin ildönümüdür

Bu gün Ruhullah Xomeyninin rəhbərliyi ilə İran İslam İnqilabı qələbə çalaraq, Məhəmməd Rza Pəhləvinin şahlıq rejimini devirib və İslam Respublikasının əsasını qoyub.

Gunaz.tv

11 fevral 1979-cu ildə İran İslam İnqilabının qələbəsi rəsmi elan olunub.

15 illik sürgündən sonra ölkəyə qayıdan Xomeyni və tərəfdarları ordu və dövlət strukturlarına nəzarəti ələ keçiriblər. 

1979-cu il fevralın 1-də Xomeyni İrana qayıdıb, 10 gün sonra (22 bəhmən) Pəhləvi hakimiyyəti tam süqut edib.

Bununlada Məhəmmədrza Pəhləvinin baş naziri Şapur Bəxtiyar istefa verib, monarxiya ləğv olunub və ölkədə teokratik idarəetmə qurulub.

İran inqilabı ilə bağlı fransalı yazıçı, jurnalist və diplomat Erik Rolunun bir cümləlik sözü indi də iranlı ziyalılar və müxaliflər arasında tez-tez xatırlanır:

"İran inqilabı cahilliyin zülm üzərində qələbəsi idi!"

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar