SON XƏBƏRLƏR

Avropa Parlamenti İranla bağlı qətnamə qəbul etdi

2026.02.13, 10:53
Avropa Parlamenti İranla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti İranda etirazçıların sistematik repressiyalarını, özbaşına həbsləri, məcburi yoxa çıxmaları, işgəncələri, məhkəməsiz qətlləri, edamları və saxlanılanların qeyri-insani şəraitini pisləyən qətnamə qəbul edib.

Gunaz.tv

Qətnamə  524 səs lehinə, yalnız 3 əleyhinə və 41 bitərəf səslə qəbul edilib.

Qətnamədə Avropa Parlamenti İran rejiminin cinayətlərinin Birləşmiş Millətlər Təşkilatı qurumları tərəfindən müstəqil şəkildə sənədləşdirilməsini, cinayətlərə görə cavabdeh olanların məsuliyyətə cəlb edilməsini və BMT Təhlükəsizlik Şurasının İran işini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməsi istənilib.

Avropa Parlamenti həmçinin Avropa Şurasını və üzv dövlətləri insan hüquqlarının pozulmasında məsuliyyət daşıyanlara, o cümlədən İnqilab Keşikçiləri Korpusunun ( SEPAH) üzvləri və siyasi liderlər, prokurorlar, həbsxana və təhlükəsizlik rəsmilərinə qarşı aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla hədəfməqsədli sanksiyaları genişləndirməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar