SON XƏBƏRLƏR

İran əhalisinin 34%-i yoxsuldur - Qalibaf

2026.02.16, 13:19
İran əhalisinin 34%-i yoxsuldur - Qalibaf

Hazırda ölkə əhalisinin 34%-i yoxsulluq və mütləq yoxsulluq səviyyəsindədir.

Gunaz.tv

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

O, hazırkı iqtisadi təbəqələndirmənin xalqın real maddi gücünə uyğun olmadığını və islah edilməli islah edilməli olduğunu bildirib.

Bir müddət əvvəl isə  Tehran universitetinin professoru Hüseyn Zağfər ölkə halisinin 40%-nin yoxsul olduğunu deyib.

O, hakimiyyət daxilində inhisarçı təbəqənin yarandığını və əsas sərvətlərə nəzarət etdiyini bildirib:

"Bir tərəfdən yoxsulluq artır, digər tərəfdən isə sistem daxilində təsir gücünə malik və siyasətin formalaşdırılmasını öz xeyrinə çevirən kiçik, ancaq çox varlı bir təbəqə yaranıb”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar